7 Dekabr 2014 13:46
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən fermer təsərrüfatında “quş qripi” virusu aşkarlanıb.

Teleqraf.com-un “TASS”-a istinadən verdiyi xəbərə görə, virus Ebbotsford yaşayış məntəqəsindəki toyuq fermasında aşkarlanıb.

Beləliklə, hazırda Ebbotsfordda 3 fermer təsərrüfatı, Çillivakda isə 2 ferma karantinə götürülüb. Aparılmış monitorinq orada H5N2 virusunun olduğunu təsdiqləyib. Məlumata görə, 80 minədək hind quşu və broyler artıq məhv edilib, ümumilikdə isə 140 min quşun məhv edilməsi planlaşdırılıb.


Müəllif:

Oxşar xəbərlər