20 Sentyabr 2022 11:00
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası Ukraynadan gələn zərbələr təhlükəsi ilə əlaqədar sualtı gəmilərini Sevastopoldan Novorossiyskə köçürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.

“Rusiyanın Qara Dəniz Donanmasının komandanlığı, demək olar ki, Kilo sinifli sualtı qayıqlarını (877 layihəli “Paltus” qayıqları və 636 layihəli “Varşavyanka”) Sevastopoldakı baza limanından Novorossiyskə (Krasnodar vilayəti) köçürüb” - mesajda deyilir.

Bildirilir ki, bu, Ukraynanın uzaq məsafədən zərbələr endirmək imkanları fonunda yerli təhlükəsizliyə təhdid səviyyəsinin dəyişməsi ilə bağlıdır: “Son iki ayda donanmanın qərargahı və əsas dəniz aerodromu hücuma məruz qalıb”.

Eyni zamanda deyilir ki, Rusiya Federasiyasının Qara dəniz donanmasının Krımda yerləşməsinə zəmanət verilməsi, ehtimal ki, Prezident Vladimir Putinin 2014-cü ildə yarımadanın ilhaqı üçün motivasiyalarından biri olub.

“Hazırda Rusiya-Ukrayna müharibəsi səbəbindən bazanın təhlükəsizliyi pozulub”, - məlumatda deyilir.


Müəllif: Nemət

Oxşar xəbərlər