22 Sentyabr 2022 00:40
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada ifrat sağçı jurnalist, yazıçı və siyasətçi Erik Zemmourun namizədliyini açıqladığı videoda icazəsiz bir çox görüntüdən istifadə etdiyi səbəbilə ona qarşı açılan “müəlliflik hüququ” iddialarına görə indiyədək 115 min avro ödədiyi bildirilir.

Teleqraf.com xatırladır ki, Zemmour bundan əvvəl Fransada prezidentliyə namizəd olub.

Siyasətçi indiyədək icazəsiz şəkillərdən istifadə etdikləri üçün iddiaçılara on minlərlə avro ödəyib.

Erik Zemmour hələ seçki kampaniyası zamanı şikayətlər əsasında Youtube-dan silinən 10 dəqiqəlik videosunda France 2, France 3 və France Culture televiziya kanalları da daxil olmaqla bir çox media orqanının və şəxslərin görüntülərindən icazəsiz istifadə etməkdə ittiham olunur.

Siyasətçinin iddiaçılara ödədiyi məbləğ indiyədək 115 min avro təşkil edib.

İddiaçılardan bəziləri təzminatlarını immiqrantlara və xeyriyyə təşkilatlarına bağışlayıb.

Qeyd edək ki, seçki kampaniyası dövründə siyasətçi immiqrantları Fransanı tərk etməyə səsləyirdi.


Müəllif: Nemət

Oxşar xəbərlər