Məhkəmə Ukrayna Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Konstantin Qrişenkonu və Ədliyyə Nazirliyinin keçmiş rəhbəri Aleksandr Lavrinoviçi Xarkov müqavilələrinin hazırlanmasında iştiraka görə qiyabi həbs edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
“Məhkəmə Baş Prokurorluğun prokurorlarının iştirakı ilə dövlətə xəyanətdə şübhəli bilinən Ukraynanın keçmiş xarici işlər naziri və ədliyyə naziri barəsində həbs-qətimkan tədbiri seçilib”, - qeyd olunur.
İttiham tərəfi qeyd edir ki, 2010-cu ilin aprelində şübhəlilər məcburi hüquqi ekspertiza keçirilmədən beynəlxalq sənədin mətni ilə razılaşıblar. Bundan əlavə, onlar Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və keçmiş baş nazir Nikolay Azarovla əvvəlcədən razılaşdırılaraq hərəkət ediblər.
Hazırda Qrişşenko və Lavrinoviç Ukraynadan kənardadırlar və axtarışdadırlar. “Məhkəmənin qərarı ittiham tərəfinə onların ekstradisiyası proseduruna başlamaq imkanı verir”, - deyə baş prokurorluq yekunlaşdırıb.
Qeyd edək ki, 2010-cu il aprelin 21-də Ukrayna və Rusiya prezidentləri Viktor Yanukoviç və Vladimir Putin Xarkovda Rusiyanın Qara dəniz donanmasının Krımda qalma şərtləri haqqında saziş imzalayıblar. Bu sənədlərə əsasən, donanmanın Ukraynada qalma müddəti 2017-ci ildən 25 il uzadılıb. Xarkov razılaşmaları çərçivəsində Rusiya qazının qiymətinin 30%, lakin hər min kubmetr üçün 100 dollardan çox olmaması ilə bağlı razılaşmalar əldə edilib. 27 aprel 2010-cu ildə Ali Radanın deputatları sənədi ratifikasiya edib.
2021-ci il yanvarın 28-də Dövlət İstintaq Bürosunun mətbuat xidməti Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə xəyanətdə ittiham olunduğunu elan edib.İstintaqa görə, Xarkov razılaşmalarının Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və toxunulmazlığına zərər vurur.