İranın müvəqqəti işlər vəkili Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, bu haqda Ukrayna XİN bəyanat yayıb.
Bildirilib ki, Rusiyaya İran silahlarının tədarükü Ukraynanın açıq şəkildə bəyan etdiyi neytrallıq, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət mövqeyinə birbaşa ziddir.
O baxımdan Rusiyaya silah vermək Ukrayna-İran münasibətlərinə ciddi zərbə vuran qeyri-dost hərəkətdir.
Bu səbəbdən Ukrayna tərəfi İranın Ukraynadakı səfirinin akkreditasiyasını ləğv edib, həmçinin İranın Kiyevdəki səfirliyində diplomatik işçilərin sayını xeyli azaldıb.