26 Sentyabr 2022 08:29
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəmbil və Alma-Ata vilayətlərində (Qazaxıstanın cənub və cənub-şərqində) sentyabrın 26-dan oktyabrın 8-dək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv çevik reaksiya qüvvələrinin təlimləri keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Eşelon-2022” xüsusi təlimi logistikanın təşkili məsələlərinin işlənib hazırlanmasına yönəlib.

KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər