Yunanıstanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, buna səbəb Yunanıstanın Midilli və Saqqız adalarına ABŞ-ın zirehli texnikasını yerləşdirməsi olub. Səfirdən Yunanıstanın bu hərəkətlərinə son verməsi tələb olunub.