“Bu günə qədər Ukraynadan 5 milyon tondan artıq taxıl ixrac olunub”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri bildirib ki, Ankara Moskva və Kiyevlə dialoqu davam etdirir:
“Taxıl sazişi” kimi uğura imza atmışıq. Biz koronavirus pandemiyasında olduğu kimi, yenə də panikaya qapılmadıq”.