8 Dekabr 2014 15:17
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya hökuməti rəsmi Qüdslə bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına şikayət məktubu ünvanlayıb.

Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, bu barədə Suriya “Sana” rəsmi xəbər agentliyi məlumat yayıb. Suriya Xarici İşlər Nazirliyi tərəfindən göndərilən məktubda İsrailin döyüş təyyarələrinin həyata keçirdiyi hücumda Suriyanın ərazi bütövlüyü və suverenliyinin pozulduğu qeyd edilir. Həmçinin, məktubda bu cür hücumların beynəlxalq müqavilə və qanunları pozduğunu və bunun təkrarlanmaması üçün sanksiyaların tətbiq olunması istənilib.

Xatırladaq ki, dünən İsrail ordusu Şam aerodromu və Dimas qəsəbəsi ətrafında iki etibalı bölgəyə hücum edib. İsrail tərəfi hücumla bağlı heç bir açıqlama verməsə də, Livandakı Hizbullah təşkilatı xəbəri təsdiqləyib.

Samir


Müəllif:

Oxşar xəbərlər