Rusiya Dövlət Dumasının plenar iclaslarının oktyabrın 3-ü və 4-də keçirilməsi təklif olunur.
Teleqraf.com xəbər verir ki, bunu Dumanın spikeri Vyaçeslav Volodin bildirib.
O qeyd edib ki, deputatlar bu həftə Moskvada işləməlidirlər.
Dövlət Dumasının spikeri əlavə edib ki, Duma referendumun nəticələrinə əsasən lazımi qərarlar qəbul etmək üçün regional həftəni daha gec tarixə keçirəcək.
Qeyd edək ki, Rusiya Ukraynanın dörd ərazisində ilhaq referendumu keçirib və açıqlanan məlumata görə, bu ərazilərin Rusiyaya birləşdirilmsini seçicilər dəstəkləyib.
Eyni zamanda referendumdan dərhal sonra separatçı bölgələr Rusiya prezidentinə müraciət edərək hüquqi prosedurlara başlanılmasını istəyib.