Yunanıstanın Türkiyəyə qarşı təxribatları davam edərkən, yerli “BlueSky” TV-nin diktoru İoannis Teodoratos ölkəsini qəzəbləndirən mesajlar verib.
Teleqraf.com xəbər verir ki, yunan jurnalist Türkiyənin ölkəsindən həmişə güclü olduğunu etiraf edib.
Türkiyə-Yunanıstan münasibətlərindəki son gəlişmələrdən danışan İoannis Teodoratos deyib:
“Neo-osmanlıların tariximizin müəyyən mərhələlərinə hücum edərək bizi ruhdan salmaq üçün tarixdən necə istifadə etdiklərinə nəzər salın. Bunu nəzərə almalısınız, türklər heç nəyi təsadüfi etmirlər. Türklər uğur qazanmayacaqlarına yüz faiz əmin olmadıqları addımı atmazlar. Biz də yüz faiz əmin olmalıyıq ki, plan bizim xeyrimizə olacaq.
Mən güc balansı ilə bağlı tez-tez eşitdiyim bir məsələyə münasibət bildirmək istərdim. Bəli, orduları bizdən daha güclüdür, onsuz da həmişə bizdən güclü olublar”.