Kanada hökuməti Ukraynanın sürətləndirilmiş əsaslarla NATO-ya üzv olmaq istəyini dəstəkləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.
“Biz NATO-nun açıq qapı siyasətinə inanırıq və NATO-da həmişə Ukraynanın yanında olmuşuq. Hesab edirik ki, Ukrayna NATO-nun bir hissəsi olmalıdır", - nazir vurğulayıb.
Coli, həmçinin bildirib ki, Ottava Kiyevi silahla təmin etməyə və Ukrayna qoşunlarına təlim keçməyə, o cümlədən Böyük Britaniya ilə əməkdaşlıqda davam edəcək.
Xatırladaq ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin NATO-ya sürətləndirilmiş şəkildə daxil olması üçün ərizə imzalayıb.