1 Oktyabr 2022 10:42
1 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentinin müşaviri Ceyk Sallivan Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəsinin NATO-ya üzvlüyünü sürətləndirmək üçün müraciətini dəyərləndirib.

Teleqraf.com xəbər verir ki, ABŞ rəsmisinin Ukrayna liderinə cavabı gözlənilməz olub.

“ABŞ uzun illərdir ki, NATO-nun “Açıq Qapı” siyasətini dəstəkləyir. NATO-ya üzvlüklə bağlı qərar 30 müttəfiq və üzv olmaq istəyən ölkə arasında qəbul edilir. Biz belə hesab edirik ki, Ukraynaya kömək etməyin ən yaxşı yolu birbaşa yerlərdə kömək etməkdir və NATO-ya üzvlük ərizəsinə başqa vaxt baxılmalıdır”, - Sallivan deyib.

ABŞ rəsmisi həmçinin Rusiyanın Ukraynanın 4 bölgəsini ilhaq etməsini pisləyib və bu ölkəyə yeni yardımın gələn həftə açıqlanacağını bildirib.

Rusiya ilhaq sazişlərini ratifikasiya etdikdən sonra Prezident Zelenski bildirib ki, Ukrayna sürətləndirilmiş prosedur çərçivəsində NATO-ya üzvlük üçün müraciət edəcək. NATO baş katibi Yens Stoltenberq ona cavabında deyib ki, Ukraynanın üzvlüklə bağlı yalnız 30 NATO üzvü qərar verə bilər və bunun üçün yekdil səs lazımdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər