ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bu qurumun Təhlükəsizlik Şurasının iclasında Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporoje vilayətlərinin Rusiya tərəfindən ilhaqının qınanılmasını və rus qoşunlarının geri çağırılmasını tələb edən qətnamə layihəsini təqdim edib.
Teleqraf.com xəbər verir ki, on ölkə qətnaməni dəstəklədiyi halda, Çin, Braziliya, Hindistan və Qabon bitərəf qalıb.
Rusiya isə Ukrayna ərazilərinin ilhaqını pisləyən qanun layihəsinə veto qoyub.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenziya qətnamə layihəsi ilə bağlı çıxışında deyib:
“Beləliklə, ABŞ-ın təqdim etdiyi qətnamə rədd edildi. Siz ciddi şəkildə Rusiyanın belə bir layihəni nəzərdən keçirəcəyini və dəstəkləyəcəyini gözləyirsiniz? Belə deyilsə, onda Rusiyanın bu hüququndan sui-istifadə etdiyini dilə gətirmək üçün qəsdən veto hüququndan istifadəyə məcbur edirsiniz”.