4 Oktyabr 2022 17:48
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan bundan sonra sərsəm bəyanatlar verməməli, səfeh addımlar atmamalı və real danışıqlar aparmalıdır. Azərbaycan 44 günlük müharibədən sonra bir neçə dəfə gücünü Ermənistana göstərib. Nikol Paşinyan isə hansı istiqamətdən külək əsirsə o tərəfə baxır - İrana, Rusiyaya, ABŞ-a və Avropaya. Bir dövlət kimi strategiyası olmadığı üçün hər an fikri dəyişə bilir. Artıq Ermənistanın oyun oynamağa nə imkanı, nə də şansı qalıb. Odur ki, sonuncu görüşlərdən onlar nəticə çıxarmalıdır”.

Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev bildirib.

Politoloq əlavə edib ki, noyabra qədər sülh sazişinin variantının hazır olması, sərhədlərin delimitasiya və demarkasiyasının aparılması aparılmalıdır:

“Əslində Avropa İttifaqının təşəbbüsü ilə keçirilən görüşlərdə oktyabr ayında xarici işlər nazirlərinin görüşüb sülh sazişinin ilkin mətninin hazırlanması və dövlət rəhbərlərinə təqdim etməsi nəzərdə tutulurdu. Bu mərhələdə bir sıra mesajlar da olub. Hesab edirəm ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Xarici İşlər naziri Ceyhun Bayramov erməni nümayəndələrlə görüşlər zamanı Prezident Əliyevin mesajlarını, tapşırıqlarını və Azərbaycan dövlətinin maraqlarını qarşı tərəfə çatdırıb. Hər şey ortadadır, Azərbaycan dövlətinin mövqeyi aydındır”.

Cümşüd Nuriyev qeyd edib ki, artıq top Ermənistanın qapısındadır:

“Ermənistan qərar qəbul etməlidir. Bu qərar həm də Ermənistanın xeyrinə, onu vəziyyətdən çıxarmağa qadirdir. Əks təqdirdə Ermənistan əlində olan dövlətçiliyi itirə bilər. Bu, açıq görünür. Ehtimal olunur ki,ilin sonuna qədər sülh sazişinin ilkin variantı razılaşdırılacaq".


Müəllif: Nemət

Oxşar xəbərlər