Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Binəli Yıldırımın COVİD-19 testi pozitiv çıxıb.
Teleqraf.com xəbər verir ki, Binəli Yıldırım bu haqda sosial media hesabından açıqlama verib:
“Etdiyim COVİD-19 testinin nəticəsi müsbət oldu. Vəziyyətim yaxşıdır, şükür. İnşallah həkimlərimizin məsləhəti ilə evdə müalicəmi davam etdirərək bu prosesi keçəcəyəm. Dua gözləyər, dua edərik".