5 Oktyabr 2022 01:45
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə öz maraqlarını qorumaq üçün istənilən addıma hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildiib ki, müasir Türkiyə dedikdə ağıla ilk gələn təkcə iqtisadiyyat, müdafiə sənayesi və hərbi güc deyil, həm də humanitar böhranlarla bağlı prinsipial mövqe, ədalət istəyidir.

Türkiyə lideri ölkəsinin bütün dünyada fəal humanitar fəaliyyətinə diqqət çəkib. "Türkiyə insanların dəstəyə ehtiyac duyduğu hər yerə yardım əlini uzadır: Liviyadan Somaliyə, Pakistandan Ukraynaya".

Ərdoğan beynəlxalq hüququn kobud şəkildə pozulması fonunda dünya birliyinin fəaliyyətsizliyindən təəssüfləndiyini söyləyib: "BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər