5 Oktyabr 2022 12:31
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna ətrafında vəziyyət belə davam edərsə, daha ağır fəlakətli nəticələr ola bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbəri Devid Petreus bildirib.

“Mən hesab edirəm ki, Birləşmiş Ştatlar və digər ölkələrin rəhbərliyi üçün Üçüncü Dünya müharibəsinin başlamasının qarşısını almaq vacibdir”, -o, deyib.

Petreusun fikrincə, Qərb siyasətçiləri öz addımlarını adekvat şəkildə bildirməli və Rusiyaya qarşı hərbi hücumlarda həddindən artıq uzağa getməkdən çəkinməlidirlər:

“Unutmayın, ilk vaxtlar Ukrayna üzərində uçuşa qadağa qoyulması ilə bağlı çağırışlar var idi, məncə, bu çağırışlar yaxşı düşünülməmişdi. Çünki ABŞ və Rusiya təyyarələri hava məkanında olanda, təbii ki, hava hücumundan müdafiə sistemləri işə düşəcək və təyyarələr vurulacaq. Onda siz artıq ABŞ-Rusiya müharibəsini görərsiniz. Hesab edirəm ki, ABŞ və digər ölkələrin rəhbərliyinin Ukraynadakı müharibədən, nə qədər dəhşətli olsa da, indiki vəziyyətimizdə sərhədləri aşmasından narahat olması başa düşüləndir”.

Rusiyadan nüvə zərbəsi endirilməsi ehtimalı və ABŞ-ın mümkün cavabı barədə danışan MKİ-nin keçmiş rəhbəri qeyd edib ki, məsələ sadəcə olaraq, vəziyyətin bir növ nəzarətdən çıxmasıdır: “Buna görə də ruslara əvvəlcədən “Əgər bunu etsəniz, belə bir şey gözləmək olar” deməyimiz çox vacibdir. Amma biz Rusiya ilə bir növ nüvə nərdivanını qalxmağa başlamaq istəmirik”.

Sonda Petreus hesab edib ki, Putin intihara meylli deyil.


Müəllif: Nemət

Oxşar xəbərlər