5 Oktyabr 2022 19:13
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Luqanskın azad edilməsinə başlanılıb, artıq rayonun bəzi yaşayış məntəqələri Rusiya ordusundan azad edilib.

Teleqraf.com xəbər verir ki, bunu Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Hayday Telegram paylaşımında qeyd edib.

“Beləliklə, artıq rəsmidir. Luqanskın işğaldan azad edilməsi başlayıb. Bəzi yaşayış məntəqələri Rusiya ordusundan azad edilib və Ukrayna Silahlı Qüvvələri həmin yerlərdə Ukrayna bayrağı qaldırırlar”, - Hayday bildirib.

O, Luqanskın işğaldan azad edilməsinin davam etdiriləcəyini bəyan edib.


Müəllif: Teleqraf.com