ABŞ və ya onun müttəfiqləri hücuma məruz qalmayana qədər Pentaqon Ukraynada hərbi əməliyyatlarda iştirak etməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Vedant Patel Ukrayna prezidenti Vladimir Zelenskinin "NATO Rusiyaya profilaktik zərbələr endirsin" çağırışına münasibət bildirərkən qeyd edib.
“Birləşmiş Ştatlar və ya müttəfiqlərimizə hücum edilmədikcə, biz Amerika qüvvələrinin göndərilməsi də daxil olmaqla, bu münaqişədə birbaşa iştirak etməyəcəyik", deyə açıqlamada qeyd olunur.