9 Oktyabr 2022 17:13
2 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail müdafiə naziri Benni Qantz “Hizbullah” terror təşkilatının ölkəsinə hücum edəcəyi təqdirdə Livanı məhv edəcəkləri ilə hədələyib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə İsrailin “Kanal 12” televiziyasına müsahibəsində danışıb.

“Dəniz sərhədlərinin müəyyən edilməsi razılaşmasından sonra top Livan tərəfinin meydançasındadır, amma “Hizbullah” İsrailə hücum etsə, Livanı məhv edəcəyik”, - Qantz deyib.

Bundan başqa, telekanalın xəbərində İsrailin təhlükəsizlik orqanlarının şimalda ola biləcək gərginliyə hazırlaşdığı bildirilib.

İsrailin “Hizbullah”ın şimal sərhədində vəziyyətin gərginləşməsinə səbəb ola biləcək təxribatından narahat olduğu və Kariş bölgəsi ətrafında hava və dəniz patrullarını artırdığı da vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər