10 Oktyabr 2022 12:00
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Sincarda terror təşkilatı PKK/KCK-nın sözdə logistika məmurlarından Çekdar Kayanı yaxalayaraq Türkiyəyə gətirib.

Teleqraf.com xəbər verir ki, Çekdar Kaya 2015-ci ildə terror qurumuna qoşulub, 2016-cı ildən Şimali İraq (Qara) bölgəsində fəaliyyət göstərib.

2017-ci ildə PKK tərəfindən Sincarda vəzifəyə təyin olunan Kaya Sincarda olduğu müddətdə PKK/KCK-nın Sincar-Hanesor bölgəsindəki qondarma bölməsində Snayper vəzifəsində çalışıb.

Ən son PKK-nın Sincar logistika məmuru vəzifəsində çalışıb.


Müəllif: Nemət

Oxşar xəbərlər