Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasına qatılmaq üçün Qazaxıstana yola düşən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq Astanaya çatıb.
Teleqraf.com xəbər verir ki, onu Nursultan Nazarbayev Beynəlxalq Hava Limanında qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev qarşılayıb.
Qarşılama mərasimində Tokayevi xarici işlər naziri Muxtar Tileuberdi, səhiyyə naziri Ajar Giniyat, prezidentin beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Yercan Kazixanov müşayiət edib.