İsveç müdafiə naziri Peter Hultqvist ölkəsinin NATO-ya üzvlük müraciətinin təsdiqlənməsinin gecikdirilməsini vaxt itkisi kimi qiymətləndirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasından sonra danışıb.
“Hesab edirəm ki, İsveçin NATO-ya üzvlük üçün müraciətinin təsdiqini gecikdirmək və uzatmaq vaxt itkisidir”, - Hultqvist deyib.
Müdafiə naziri bölgənin hərbi təhdid qarşısında qaldığına eyham vurub:
“Skandinaviya regionu üçün yeni hərbi planlaşdırma aparmalıyıq. Təhlükəsizlik məsələləri üzərində işləməliyik. İsveçin NATO-ya üzvlük üçün müraciətinin təsdiqinin uzadılması NATO-nun marağında deyil”.
Hultqvist Türkiyə ilə bu mövzuda danışıqlar aparmaq üçün xüsusi qrup yaradıldığını və müzakirələrin davam etdiyini bildirib.