“Ukraynanın cənubundakı rus işğalçıları bütöv birlikləri Ukrayna Silahlı Qüvvələrinə təslim olmaq imkanını nəzərdən keçirir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Nataliya Humenyuk məlumat verib.
“Bizdə elə bir məlumat var ki, onların hərbi hissələrində bütöv bölmələrin keçid imkanlarını və perspektivlərini müzakirə etmək üçün müşavirələr keçirilir. Çünki bu bölmələri təşkil edən yeni səfərbər olunanlar mənəvi və fiziki cəhətdən döyüşə hazır deyillər. Onların heç bir hazırlığı yoxdur, hətta hamısının şəxsi silahı belə yoxdur. Bir pulemyotun iki nəfərin istifadə etdiyi hallar var. Durumları budur və bu fonda təslim olmağın yollarını axtarırlar”, - Humenyuk vurğulayıb.