15 Oktyabr 2022 16:39
1 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda üzərində ərəbcə “Quran” yazılmış futbol topları reaksiyaya səbəb olub.

Teleqraf.com xəbər verir ki, ölkənin müsəlman müftiliyinin (İskeçe) reaksiyasından sonra oyuncaq mağazalarında sözügedən futbol toplarının satışının dayandırılıb.

İskeçe müftisi Mustafa Trampa vəkili vasitəsilə istehsalçı firmanın rəhbərliyi ilə əlaqə saxlayıb və vəziyyətin qəbuledilməz olduğunu onların diqqətinə çatdırıb. Bundan sonra istehsalçı üzərində “Quran” yazılmış futbol toplarının satışının dayandırıldığını açıqlayıb.

Hadisə mətbuat və sosial şəbəkədə kəskin reaksiya ilə qarşılandıqdan sonra istehsalçı forma ictimaiyyətə açıqlama verməyə məcbur olub.

Afinada yerləşən “Star” firması mövzu ilə bağlı verdiyi açıqlamada dəri futbol toplarının bazardan çıxarıldığını bildirib. Firma bunun “səhv tərcümə” səbəbindən baş verdiyini iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər