"Mədəndə metan qazının yayılması partlayışla nəticələnib".
Teleqraf.com xəbər verib ki, bu barədə enerji və təbii sərvətlər nazirliyi Fatih Dönməz jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, havanın müəyyən miqdarda metan qazı ilə qarışığı partlayış effekti yaradır:
"Əvvəlcə zəhərli maddə yaranır. Həmin maddə müəyyən bir sıxlığa çatdıqda isə partlayıcıya çevrilir”.
Nazirin sözlərinə görə, partlayış üçün minimum 12 faiz oksigen tələb olunur.