15 Oktyabr 2022 17:35
2 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın siyasi mövqeyinə şübhə ilə yanaşır və onun qondarma Keçid Nazirlər Kabinetini tanımır.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri, hakim “Xalqın Xidmətçisi” fraksiyasının üzvü Aleksandr Merejko deyib.

“Tixanovskayanın Rusiya və Putinə münasibətdə mövqeyi kifayət qədər aydın deyil. O, deyəsən, hər şeyi öz adı ilə çağırmaqdan qorxur. Məsələn, Rusiyanın terrorçu dövlət, təcavüzkar və Belarus xalqının düşməni olduğunu açıq şəkildə söyləmək kimi. Bundan əlavə, onun ətrafında bir qədər şübhəli insanlar var. Həmçinin Ukrayna ilə bağlı bəyanat verib, amma bu bizə anlaşılmaz gəlir”, - Merejko qeyd edib.

Onun sözlərinə görə, rəsmi Kiyevin dialoq apara biləcəyi legitim Belarus orqanı Silahlı Qüvvələrin tərkibində olan “Kalınovski” Alayı ola bilər.

Merejkonun fikrincə, alay cəbhədəki fəaliyyəti ilə sübut edib ki, Belarus müxalifəti arasında ukraynayönlü mövqeyə və nüfuza malikdir.

Svetlana Tixanovskaya avqustda Belarusda “Keçid Nazirlər Kabineti”nin (keçid hökuməti) yaradıldığını elan edib. Bu yaxınlarda Ukraynaya “keçid hökuməti” ilə diplomatik əlaqələr qurmaq təklifi verib.

Tixanovskaya 2020-ci ilin yayında prezident seçkilərinin saxtalaşdırılması ilə bağlı ölkədə keçirilən etiraz aksiyaları zamanı Belarus müxalifətinə rəhbərlik edib. Hakimiyyətin təqiblərinə görə Litvaya gedib, əri isə Belarusda həbs olunub. Bundan başqa, o, həmin il Belarusda keçirilən seçkilərdə Prezident Aleksandr Lukaşenkoya rəqib olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər