15 Oktyabr 2022 15:13
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə daxili işlər naziri Süleyman Soylu Bartın vilayətində yerləşən mədəndə baş verən qəzada 40 şaxtaçının həlak olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, nazir mədəndə axtarış işinin davam etdiyini deyib.

“Hadisə baş verən kimi 300-350 metr yerin altında xilasetmə işləri başlanılıb. Hadisədən sonra ictimaiyyəti düzgün məlumatlandırmağa çalışırıq. Səhər saatlarında 26 şəhidimizin olduğunu elan etdikdən sonra daha 14 şəhidimizə çatdıq. Yəni şəhidlərimizin sayı 40 oldu”, - nazir bildirib.

Bartının Amasra rayonunda dünən axşam saatlarında mədəndə partlayış baş verib. Partlayışdan sonra dövlətin bütün bölmələri hərəkətə gələrək Bartına hərəkət edib. Daxili işlər naziri Süleyman Soylu, energetika və təbii sərvətlər naziri Fatih Dönməz və əmək və sosial müdafiə naziri Vədat Bilgin qəza yerinə baş çəkib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qəzanın baş verdiyi Bartına gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər