17 Oktyabr 2022 12:29
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç və ABŞ yeni saziş imzalayıb. Sənədə əsasən Amerika tərəfi ölkənin NATO-ya qəbulu dövründə İsveç sərhədlərinin təhlükəsizliyini təmin edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə SVT telekanalı bildirib.

ABŞ Ordusunun Baş Qərargah rəisi general Ceyms Makkonvilin qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq heç vaxt bu qədər vacib olmayıb: Tam əminliklə deyə bilərəm ki, İsveçi müdafiə etməyə tam hazırıq. Saziş İsveçin NATO-ya üzvlük üçün müraciət etdiyi qeyri-müəyyən və bir çox cəhətdən çətin dövrdə birgə hərbi əməliyyatlar üçün daha çox imkanlar yaradır".

İsveç ordusunun komandiri Karl Engelbrektson isə müqavilənin imzalanmasını şərh edərkən deyib ki, müharibə zamanı ABŞ-ın yaxşı dostu olmaq daha sərfəlidir.


Müəllif: Nemət

Oxşar xəbərlər