Avropa qitəsində Avropa İttifaqının müstəqil və güclü hərbi qüvvəyə malik olması fikirləri yenidən gündəmə gəlib.
Teleqraf.com xəbər verir ki, bu ideyanı növbəti dəfə Almaniya kansleri Olaf Şolz ortaya atıb.
Şolz həmçinin Aİ üzvlərinə ümumi silah və müdafiə ləvazimatları almağı, 2025-ci ilə qədər sürətli hücum bölməsi yaratmağı və Avropa Silahlı Qüvvələri üçün Aİ qərargahı təyin etməyi təklif edib.
Kansler həmçinin Avropanın müdafiəsi üçün səylərini inamla irəli sürməsinin vacib olduğunu elan edib.