10 Dekabr 2014 05:47
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın baş naziri Devid Kameronun türkiyəli həmkarı Əhməd Davudoğlu ilə danışıqlarının əsas mövzusu İŞİD terror qruplaşması ilə mübarizə olub.

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Kameron və Davudoğlu Ankarada keçirilmiş birgə mətbuat konfransında bildiriblər.

“Biz regional problemləri, İŞİD-ə qarşı mübarizəni müzakirə etdik və Kipr məsələsinin nizamlanması üzrə danışıqlarının davam etdirilməsinin vacibliyini qeyd etdik. Biz əcnəbi muzdlu silahlıların Türkiyə ərazisindən Suriyaya keşməsinin qarşısını alırıq və alacağıq. Bu ölkələrdəki terrordan Türkiyə qədər ziyan çəkən olmayıb”, deyə Davudoğlu bildirib.

“Biz terror problemi ilə bağlı Türkiyə rəhbərliyi ilə sıx əməkdaşlıq edirik. Bizim ümumi məqsədimiz – Türkiyə vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir. Suriya ilə bağlı məsələdə Bəşər Əsəd rejiminin hakimiyyətdən getməsinə və ölkənin bütün vətəndaşlarını - istər sünniləri, istərsə də şiələri təmsil edəcək hökumətin yaradılmasına dair mövqelərimiz üst-üstə düşür”, deyə Kemeron bildirib.

Kemeron əlavə edib ki, Türkiyə və Böyük Britaniya İŞİD sıralarında döyüşən və ya döyüşmək niyyətində olan şəxslər barəsində kəşfiyyat məlumatlarının mübadiləsini daha aktiv aparılmasına dair razılığa gəliblər.


Müəllif:

Oxşar xəbərlər