Nigeriya ordusu “Boko Haram” terror qruplaşmasının ölkənin Borno, Bauçi və Adamava ştatları ilə həmsərhəd ərazidə yaradılmış düşərgəsini məhv edib.
Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Punch nəşri məlumat yayıb.
Əməliyyat zamanı 27 terrorçu məhv edilib. Hərbçilər arasında itki yoxdur, 6 nəfər yaralanıb.
Məlumata görə, əməliyyat nəticəsində terrorçuların planlaşdırdıqları hücumlarını əks etdirən sənədlər ələ keçirilib.