22 Oktyabr 2022 22:14
1 562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) bildirir ki, noyabrın ortalarından dekabrın əvvəlinə qədər Avropa İttifaqında COVID-19 virusunun Omikron variantı - BQ.1 dominant ştamm olacaq.

Teleqraf.com xəbər verir ki, COVID-19-un Omikron variantının BQ.1 adlı alt versiyası ilə bağlı ECDC-dən yazılı açıqlama verilib.

Sözügedən növlərin noyabrın ortalarından dekabrın əvvəlinə kimi Aİ-də dominantlığa çevriləcəyi bildirilən açıqlamada qeyd olunur ki, Asiyada aparılan ilkin laboratoriya tədqiqatları BQ.1-in immun sisteminin reaksiyasından əhəmiyyətli dərəcədə yayınma qabiliyyətinə malik olduğunu göstərib.


Müəllif: Nemət

Oxşar xəbərlər