Boris Conson yenidən Böyük Britaniyanın Baş naziri postuna namizəd olmaqdan imtina edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Boris Consonun müttəfiqi, deputat Ceyms Dadric deyib ki, keçmiş diplomat Baş nazir postu üçün yarışmaq niyyətindədir.
Xatırladaq ki, hökumət başçısı olmağa əsas namizədlər arasında keçmiş maliyyə naziri Ruşi Sunak və 2019-cu idə krallıq tarixində ilk qadın müdafiə naziri olmuş Penni Mordauntun da adları hallanır.