25 Oktyabr 2022 09:53
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynada nüvə silahından istifadə edərsə, bunun bədəli ağır olacaq.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

“Kremldən belə açıq dezinformasiyaların yayılmasından narahatıq. Belə iddialar müzakirə mövzusu olduqda, Kremlin keçmişini bilirik”, - Amerika rəsmisi söyləyib.

Ukrayna xarici işlər nazirinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktoru Rafael Qrossi ilə görüşdüyünü və ölkəsindəki obyektlərin yoxlanılmasına çağırdığını xatırladan Prays ABŞ dövlət katibi Antoni Blinkenin də bu gün AEBA rəhbəri ilə görüşəcəyini bildirib.

Prays qeyd edib ki, amerikalılar ruslara gətirəcəkləri hər hansı bir bəhanəyə inanmayacaqlarını deyiblər. O, Rusiyanın Ukraynada nüvə silahından istifadə edəcəyinə dair heç bir işarə görmədiklərini söyləyib.

“Rusiyanın istənilən nüvə silahından istifadəsinin ağır nəticələri olacaq”, - Prays deyib.

Bu ciddi nəticələrin nə olacağı ilə bağlı suala Prays daha açıq və dəqiq şəkildə Rusiyaya xəbərdarlıq etdiklərini, amma atacaqları addımları ictimaiyyətlə bölüşməyə üstünlük vermədiklərini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu