25 Oktyabr 2022 12:45
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) oktyabrın 13-də Sudanın cənub-şərqindəki Mavi Nil bölgəsində qəbilə qarşıdurmaları nəticəsində 250 nəfərin öldüyünü, 572 nəfərin yaralandığını və minlərlə insanın didərgin düşdüyünü bildirib.

Teleqraf.com xəbər verir ki, OCHA-nın hesabatında etirazçılar əyalət mərkəzi Demazin şəhərini paytaxt Xartumla birləşdirən yolu bağlayıblar.

Bildirilir ki, Ved əl-Mahi bölgəsindəki kəndlərdə evlər yandırılıb, təxminən 250 nəfər öldürülüb, 572-dən çox insan yaralanıb və 7 minə yaxın insanın bölgədən köçmək məcburiyyətində qalıb.

OCHA-nın məlumatına görə, iyul ayından bəri 70 000-dən çox insan Mavi Nil bölgəsində və yaxın ərazilərdə didərgin düşüb.

Sudanın Səhiyyə Nazirliyi iyul ayında Mavi Nil bölgəsində Hausa və Hemek qəbilələri arasında baş verən qarşıdurmalarda 109 nəfərin öldüyünü açıqlamışdı.

Sentyabrın 2-də yenidən qızışan toqquşmalarda 18 nəfər ölüb, 23 nəfər yaralanıb.

Oktyabrın 13-də hadisələrin yenidən canlanması və 200-dən çox insanın həyatına son qoyulması ilə bağlı qəbilə qarşıdurmalarına etiraz edənlər qubernatorluq binasını yandırıb və Mavi Nil bölgəsinin prezidenti Əhməd əl-Umde Badenin işdən çıxarılmasını tələb ediblər.

Bölgə hökuməti oktyabrın 21-də Mavi Nil bölgəsində baş verən qəbilə qarşıdurmaları səbəbindən bir ay müddətinə “fövqəladə vəziyyət” elan edib və bölgədə gecə komendant saatı tətbiq edib.

Qarşıdurmalara səbəbin Hemec qəbiləsinin bölgəyə doğma olmadığını əsas gətirərək Hausa qəbiləsini bölgədən çıxarmaq istəməsi ilə bağlı tələbidir.


Müəllif: Nemət

Oxşar xəbərlər