26 Oktyabr 2022 08:00
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ukraynaya iki “NASAMS” zenit-raket kompleksini təhvil verib.

Teleqraf.com xəbər verir ki, bunu istehsalçı “Raytheon Technologies” şirkətinin baş direktoru Qreq Heyes bildirib.

Qeyd edək ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi daha öncə bildirib ki, ABŞ hakimiyyəti çox yaxın zamanda ilk iki “NASAMS” kompleksini Kiyevə göndərəcək.

Onun sözlərinə görə, ABŞ Ukraynaya səkkiz belə sistem tədarük etmək niyyətindədir.


Müəllif: Teleqraf.com