26 Oktyabr 2022 16:20
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünyada və regionda münaqişə potensialı çox yüksək olaraq qalır, kollektiv təhlükəsizlik üçün yeni risklər yaranır”.

Teleqraf.com xəbər verir ki, bunu MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Şurasının 51-ci iclasının nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə Rusiya Prezidenti Vladimir Putin deyib..

“Bütövlükdə dünyada, eləcə də regional səviyyədə münaqişə potensialı çox yüksək olaraq qalır. İlk növbədə qlobal geosiyasi qarşıdurmanın kəskinləşməsi nəticəsində kollektiv təhlükəsizlik üçün yeni risklər və çağırışlar yaranır”, - Putin vurğulayıb.

Prezident bildirib ki, “rəngli inqilablar” ssenarilərini həyata keçirmək cəhdləri dayanmır, MDB məkanında münaqişələr alovlanır.

Putin söyləyib ki, dünya çoxqütblü olur, amma bəzi ölkələr öz hegemonluğunu qorumağa çalışırlar:

“Sözün əsl mənasında gözümüzün qarşısında dünya dəyişir və çoxqütblü olur, amma bəziləri nəyin bahasına olur-olsun öz hegemonluğunu qorumağa çalışır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər