28 Oktyabr 2022 18:45
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ölkədə qismən səfərbərliyin başa çatması barədə Vladimir Putinə məruzə edib.

Teleqraf.com xəbər verir ki, bundan sonra hərbi komissarlıqlar yalnız könüllüləri və müqaviləli xidmətə namizədləri qəbul edəcəklər. Bu günə qədər 300 min nəfərlik tapşırıq yerinə yetirilib, başqa səfərbərlik tapşırıqları nəzərdə tutulmayıb.

“82 min əsgər artıq cəbhəyə göndərilib. 218 min nəfər isə poliqonlarda təlim keçir”, - Şoyqu əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər