“Rusiya, Azərbaycan - Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın görüşünün yekunlarına dair sənədlərin razılaşdırılıb- razılaşdırılmayacağı barədə Kreml məlumat verəcək”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz sizə məlumat verəcəyik. Sənədlər razılaşdırılarsa, deyəcəyik”,- Peskov əlavə edib.
Xatırladaq ki, bu gün Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə üçtərəfli görüş keçiriləcək.