İsveç Baş naziri Ulf Kristersson Türkiyə səfəri ilə bağlı iki ölkə arasında razılaşma əldə olunduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, baş nazir səfərin tarixi ilə bağlı daha sonra açıqlama verəcəyini bildirib.
“İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi ilə bağlı birgə hərəkət etməsi təbiidir”, - Kristersson söyləyib.
Finlandiya Baş naziri Sanna Marin isə ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin cavabını gözlədiyini deyib:
“Bütün gözlər indi Macarıstan və Türkiyə üzərindədir. Bu ölkələrin müraciətlərimizi təsdiqləməsini gözləyirik. Düşünürəm ki, bunun gec-tez baş verməsi vacibdir”.