4 Noyabr 2022 21:28
2 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahı sərhəd bölgəsi yaxınlığında Şimali Koreyaya aid 180 döyüş təyyarəsinin aşkarlanmasından sonra cavab olaraq 80 hərbi təyyarənin havaya qalxdığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Cənubi Koreyanın bölgədə ABŞ-la birgə keçirdiyi təlimə ard-arda raket sınaqları və artilleriya atışları ilə cavab verən Şimali Koreya Vaşinqton-Seul ittifaqını qorxutmaq üçün bu dəfə döyüş təyyarələrini havaya qaldırıb.

Baş Qərargahdan verilən açıqlamada iki ölkə arasındakı hərbi sərhəd xəttinin şimalına uçan 180 Şimali Koreya döyüş təyyarəsinin təsbit edildiyi bildirilib. Seulun buna cavab olaraq F-35 qırıcıları da daxil olmaqla 80 təyyarəni havaya qaldırdığı deyilib.

ABŞ və Cənubi Koreya son 5 ilin ilk genişmiqyaslı birgə hava təliminə oktyabrın 31-də başlayıb. Təlimə iki ölkədən 240 döyüş təyyarəsinin qatıldığı açıqlanıb. Bu gün başa çatmalı olan təlim Şimali Koreyanın rekord qıran raket sınaqlarına cavab olaraq bir gün daha uzadılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər