Rusiyanın sərhədləri bağlaması Ukraynada sabitliklə nəticələnəcək.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Petro Poroşenko deyib. O, bununla Rusiyadan Ukraynanın şərqində münaqişəni dayandırmağı istəyib:
“Zəhmət olmazsa, atəşi dayandırın. Zəhmət olmazsa, girovları buraxın. Zəhmət olmazsa, mənim ərazilərimdən qoşunları çəkin və sərhədləri bağlayın. Mən söz verirəm, əgər siz sərhədi bağlasaz, bu bir, iki, üç həftə ərzində Ukraynada sülhə və sabitliyə gətirib çıxaracaq”.
Samir