7 Noyabr 2022 10:23
1 846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Qərb müttəfiqləri vasitəsilə Ukraynaya təsir etmək üçün ölkəni nüvə zərbəsi ilə hədələməkdə davam edə bilər. Bu cür taktika Kiyevi zorla danışıqlar masası arxasına oturtmaq cəhdlərində uğursuzluğa səbəb olacaq.

Teleqraf.com xəbər verir ki, belə nəticəyə Müharibə Araşdırmaları İnstitutunun analitikləri gəlib.

Onların fikrincə, Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi ehtimalı azdır.

Eyni zamanda qeyd edilir ki, Moskva özünün nüvə ritorikasını deskalasiya etmək üçün tədbirlər görür:

“Ukrayna və onun beynəlxalq havadarları açıq şəkildə bəyan ediblər ki, onlar danışıqlara razı olmayacaqlar. Ukrayna öz əraziləri üzərində suveren hüququndan imtina etməyəcək”.

Məlumdur ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sallivan nüvə silahından istifadə riskini azaltmaq üçün Rusiya Federasiyası prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə əlaqə saxlayıb.

Bundan əlavə, Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin oktyabrın 26-da qeyd edib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu həmkarlarına zəng edərək, Moskvanın Ukraynaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmadığına inandırıb.

Həmçinin, Çin lideri Si Cinpin noyabrın 4-də deyib ki, beynəlxalq ictimaiyyət nüvə silahının istifadəsinə və ya istifadə təhlükəsinə qarşı birgə müqavimət göstərməlidir.


Müəllif: Nemət

Oxşar xəbərlər