Rusiya son sutka ərzində Ukrayna ərazisinə 4 raket və 24 hava zərbəsi endirib. 30 yaşayış məntəqəsinin ərazisi düşmən zərbələrinə məruz qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
Qeyd olunub ki, ruslar çoxsaylı reaktiv yaylım atəş sistemlərindən 55-dən çox hücum həyata keçirib:
“Zaporojye, Donetsk, Luqansk, Nikolayev, Sumi və Xerson vilayətlərinin 30 yaşayış məntəqəsinin ərazisi düşmən zərbələrinə məruz qalıb.
Volın və Polesye istiqamətlərində vəziyyət ciddi dəyişməyib. Severski, Slobojanski, Kupyanski, Limanski, Baxmutski, Avdeyevski, Novopavlovski, Zaporojye və Yujnobuqski istiqamətlərində düşmən müxtəlif növ silahlardan, xüsusən: minaatanlardan, top və raket artilleriyasından, tanklardan atəş açıb.
Ruslar hücum PUA-larından istifadə edərək hava kəşfiyyatı aparır.
Həmçinin, işğalçı qüvvələr kritik infrastruktura və mülki binalara zərbələr endirməkdə davam edir".