Qondarma Xerson vilayətinin qubernatorunun müavini Kirill Stremousov avtomobil qəzasında dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə vilayət başçısının mətbuat xidməti jurnalistlərə bildirib.
Xerson vilayətinin Səhiyyə Nazirliyi Stremousovun ölümü ilə bağlı rəsmi məlumatın olmadığını bildirib.
Stremousov Rusiya tərəfindən Xerson vilayətinin tutulmasından sonra vəzifəyə təyin olunub. Sentyabrın 28-də o, Rusiya pasportunu alıb.