9 Noyabr 2022 23:58
301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tesla”nın sahibi İlon Mask “Tvitter” sosial şəbəkəsini alandan sonra noyabrın 4-dən 8-dək avtomobil şirkətindəki səhmlərinin təxminən 4 milyard dollarlıq hissəsini satıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası məlumat yayıb.

Son satış nəticəsində Maskın “Tesla”dakı payı 14,7%-dən 14,1%-ə düşüb.

Satışın “Tvitter” ilə sövdələşməni maliyyələşdirmək üçün edildiyi bildirilib.

Qeyd edək ki, Mask sosial şəbəkəni 44 milyard dollara alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər