Rus ordusu gecə saatlarında Vinnitsa bölgəsinə hücum edib. Rusiyanın hücumu nəticəsində infrastruktur obyektləri zədələnib.
Teleqraf.com xəbər verir ki, bu barədə Vinnitsa meri Sergey Borzov bildirib.
O deyib ki, əhali arasında itki yoxdur: “Noyabrın 11-i həyəcan təbili ilə başladı. Yenə Vinnitsa vilayətində kritik infrastruktur obyektlərindən birinə zərbə endirilib”.
Qeyd edək ki, bu, rusların Vinnitsa bölgəsinə ilk hücumu deyil. Oktyabrın 10-da səhər saatlarında ruslar Ukraynanın bir neçə bölgəsini bir anda vurub, partlayışlar Vinnitsa, Lvov, Kirovoqrad, Nikolayev, Poltava, Ternopil, Jitomir, Xmelnitski və Kiyev vilayətlərində baş verib.