“Geniçesk şəhəri bir müddət Xerson vilayətinin inzibati paytaxtı olacaq”.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya işğalından azad edilmiş vilayət üzrə qondarma rejimin sözçüsü Aleksandr Fomin məlumat verib.
“Bu gün Xerson vilayətinin müvəqqəti inzibati paytaxtı Geniçeskdir. Bütün əsas səlahiyyətlər orada cəmləşib”, - Fomin bildirib.
Geniçesk şəhəri Azov dənizinin sahilində, bölgənin cənubundakı Arabatskaya Strelka ərazisində yerləşir.
Vilayətin mərkəzi şəhəri Dnepr çayının sağ sahilində yerləşən Xersondur. Rusiya qoşunlarının geri çəkilməsindən sonra şəhər Ukrayna ordusunun nəzarətinə keçib.